Zelenski ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatını dəstəklədi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu “Sky News”a verdiyi müsahibədə bildirib.
O, həmçinin sülh danışıqlarının ən yaxşı həll yolu olduğunu qeyd edib:
“Düşünürəm ki, İranda insanlar açıq şəkildə digər ölkələrə hücum etmək istəyən və çoxlu zərər verən mövcud rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəkləyərdim. Burada böyük fərq var”.
Qeyd edək ki, son bir aydır ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran ətrafında cəmləşib. ABŞ Prezidenti Donald Tramp Tehrandan nüvə proqramından imtina etməsini tələb edir.

DİGƏR XƏBƏRLƏR

Top