
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Yeniavaz.com xəbər verir ki, Efiopiya lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb:
“Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm”.
Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.
Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm @azpresident pic.twitter.com/O3OOpeRCwt
— Abiy Ahmed Ali 🇪🇹 (@AbiyAhmedAli) February 27, 2026
Tətbiqimizi yükləyə bilərsiniz