
Çinin Xarici İşlər Nazirliyi və ölkənin İrandakı səfirliyi və konsulluqları Çin vətəndaşlarına müvəqqəti olaraq İrana səyahət etməkdən çəkinməyi, artıq İranda olanlara isə təhlükəsizlik tədbirlərini gücləndirməyi və mümkün qədər tez təxliyə etməyi tövsiyə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çinin İrandakı səfirliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, İranda və qonşu ölkələrdə Çin səfirlikləri və konsulluqları Çin vətəndaşlarına kommersiya uçuşları və ya quru yolları ilə təxliyə olunmaqda lazımi kömək göstərəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz