
Bu ilin yanvar ayında Azərbaycanın tikinti sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, yanvar ayında tikinti sektorunda inam indeksi mənfi 26,2 olub.
Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə aşağı düşüb. Belə ki, 2025-cü ilin yanvar ayında tikintidə inam indeksi mənfi 0,4 olub.
Qeyd edək ki, açıqlanan məlumatda son 3 ayda tikinti işlərinin həcmi üzrə işgüzar fəallıq indeksinin mənfi 28 (2025-ci ilin yanvar ayında müsbət 9,5), icraya qəbul olunmuş sifarişlər üzrə isə mənfi 25,9 (2025-ci ilin yanvar ayında mənfi 9,7) olduğu göstərilib. Eyni zamanda növbəti 3 ayda işçilərin sayının dəyişməzi üzrə mənfi 26,5 (2025-ci ilin yanvar ayında müsbət 8,9), qiymət gözləntilərinin isə müsbət 0,6 (2025-ci ilin yanvar ayında müsbət 16,8) olduğu qeyd olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz