Özbəkistandan Azərbaycana 10 kiloqram insan tükü gətirilib – 8,5 min manata


Ötən il Azərbaycana xarici ölkələrdən 13,2 kq insan tükləri və parik hazırlanması üçün sair materiallar idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə idxal olunan məhsulların ümumi dəyəri 5,67 min dollar təşkil edib.
Qeyd edək ki, ölkəyə gətirilən insan tüklərinin 1 kiloqramının orta gömrük dəyəri 429 dollar (730 manat) olub.
İnsan tükləri və parik hazırlanması üçün sair materiallar Azərbaycana aşağıdakı ölkələrdən gətirilib:
Özbəkistan – 9,8 kq (1 kq-nın orta gömrük dəyəri 859 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 0,29 kq (879 manat);
Çin – 1,09 kq (671 manat);
Kanada – 2,02 kq (118 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top