Şamaxıda daha bir zəlzələ oldu − Yenilənib


Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 
Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.
9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

***16:27
Şamaxıda ardıcıl iki zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ilk zəlzələ yerli vaxtla 15:52-də qeydə alınıb və maqnitudası 4,7 olub.
“Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub”, - məlumatda deyilir.
İkinci – 3,3 maqnitudalı zəlzələ isə yerli vaxtla 16:05-də meydana gəlib.
Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top