Türkiyədə yük maşınları toqquşdu – Azərbaycan vətəndaşı öldü


Türkiyənin Sivas şəhərinin Yıldızeli rayonunda iki yük maşını toqquşub.
Yeniavaz.com
DHA agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Məlumata görə, Sivas-Tokat avtomobil yolunun Çamlıbel aşırımında Azərbaycan vətəndaşı Elməddin Qurbanovun idarə etdiyi yük maşını Türkiyə vətəndaşı Davut Kayalının idarə etdiyi yük maşını ilə toqquşub.
Yük maşınının sürücüsü E.Qurbanov qəza yerində ölüb, digər yük maşınının sürücüsü Davut Kayalı və sərnişini Ömər Kayalı isə yaralanıb.
Yaralılar təcili yardımla Yıldızeli Dövlət Xəstəxanasına aparılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
E.Qurbanovun cəsədi Cümhuriyyət Universiteti Tibb Fakültəsi Xəstəxanasının morquna aparılıb.
Qəza saat yerli vaxtla saat 11:00 radələrində baş verib.
Qəza ilə bağlı araşdırma başlayıb.




DİGƏR XƏBƏRLƏR

Top