
Bu ilin yanvar ayı ərzində Azərbaycanda nağd xarici valyuta bazarında əməliyyatlar ən çox ABŞ dolları ilə aparılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verilir ki, 2026-cı ilin yanvar ayında 124,9 milyon dollar alınıb, 135,6 milyon dollar satılıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dolların alışı artıb, satışı isə kəskin azalıb. Belə ki, 2025-ci ilin yanvar ayında 116,1 milyon dollar alınıb, 294,2 milyon dollar satılıb.
Açıqlanan məlumatlardan göründüyü kimi, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında dolların alışı 7,6% (8,8 milyon dollar) artıb, satışı isə 2,2 dəfə (158,6 milyon dollar) azalıb.
Dollardan başqa ay ərzində 1,2 milyard rubl alınıb, 129,3 milyon rubl satılıb. Bundan başqa 9,5 milyon avro alınıb, 8,1 milyon avro satılıb. Həmçinin 362,8 min funt sterlinq alınıb, 1,7 milyon funt sterlinq satılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz