
Bu ilin fevral ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,2%, əmanətlər üzrə orta faiz isə 5,2% təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən aşağı kredit faizləri Bakı iqtisadi rayonunda (12,9%), ən yüksək kredit faizləri isə Dağlıq Şirvan iqtisadi rayonunda (20,2%) qeydə alınıb.
Əmanətlər üzrə isə ən yüksək faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda (7,1%), ən aşağı əmanət faizləri isə Mil-Muğan iqtisadi rayonunda (4,5%) olub.
Məlumatlar göstərir ki, bütün iqtisadi rayonlarda kredit faizləri əmanət faizlərini dəfələrlə üstələyir. Kredit və əmanət faizləri arasındakı ən böyük fərq Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb – burada kredit faizləri əmanət faizlərini 4,3 dəfə üstələyir.
Ən az fərq isə Abşeron-Xızı iqtisadi rayonunda müşahidə olunub – burada kredit faizləri əmanət faizlərini cəmi 2,3 dəfə üstələyib.
Regionlar üzrə kredit və əmanət faizləri, həmçinin onlar arasındakı fərq belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz