
Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyandan ayrıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial media hesablarında dərc etdiyi videomüraciətdə bildirib.
Akopyan hökumətin yay iqamətgahını tərk etdiyini deyib:
“Bütün dostlarıma, tanış-tanımadığım insanlara, uzaq-yaxın qohumlara və hətta ən doğma adamlarıma bildirirəm ki, bu mövzu mənimlə müzakirə predmeti deyil. Mən bunun üzərinə qadağa qoyuram.
Sizə də, əziz xalq, tövsiyə edirəm ki, bu məsələni götür-qoy etməyə çox vaxt sərf etməyin: bu, faydasız və nəticəsiz bir məşğuliyyətə çevriləcək”, - deyə o bildirib.
Nikol Paşinyan da öz sosial media hesabında bu barədə yazıb:
“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində mənim bütün çətin günlərimdə o, yanımda olub, mənə arxa-dayaq olub. Əmin deyiləm ki, mən onun üçün belə olmuşam. Bəlkə də ona daha çox kədər bəxş etmişəm, buna görə üzr istəyirəm”.
Qeyd edək ki, Akopyan daha əvvəl sosial media hesabında Paşinyanla vətəndaş nikahını sonlandırdığını açıqlasa da, Ermənistan mətbuatı bunun onların rəsmi nikah bağlayacaqları ilə bağlı olduğunu yazmışdı.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz