Ermənistanda hərbçinin cəsədi tapıldı − Saxlanılan var


Ermənistanda hərbçi Narek Hamletoviç Hakobyanın cəsədi hərbi hissələrindən birində tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hakobyanın müddətli və ya müqaviləli əsgər olub-olmadığı məlum deyil.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb və bir nəfər saxlanılıb.
İşlə bağlı əlavə təfərrüatlar (saxlanılan şəxsin hərbçi və ya mülki şəxs olub-olmaması da daxil olmaqla) hələlik açıqlanmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top