
Pakistan və Əfqanıstan hərbçiləri arasında Əfqanıstanın altı sərhəd əyalətində silahlı toqquşmalar baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TOLO News” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, iki ölkənin hərbçiləri Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atəş açıblar. Döyüşlər iki ölkə arasında Kabilin tanınmadığı Durand Xətti yaxınlığında baş verir. Hər iki tərəfdən itki barədə məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz