“İran uranın zənginləşdirilməsini tamamilə dayandırmayacaq” − KİV


İran ABŞ ilə uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını və ehtiyatlarının ölkədən çıxarılmasını nəzərdə tutan müqavilənin şərtlərinə razılaşmayacaq.
Yeniavaz.com
xəbər verir ki, “Əl-Aləm TV” bu barədə İran rəsmisinə istinadən məlumat yayıb.
“Uran zənginləşdirilməsinin tamamilə dayandırılması, nüvə obyektlərinin sökülməsi və zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması prinsipi qətiyyən qəbuledilməzdir”, - rəsmi şəxs bildirib.
Xatırladaq ki, Cenevrədə Tehranın nüvə dosyesi üzrə İran-Amerika məsləhətləşmələrinin yeni mərhələsi başlayıb. Danışıqların saat 20:30 radələrində fasilədən sonra yenidən başlaması gözlənilir.
 

DİGƏR XƏBƏRLƏR

Top