Hillari və Bill Klintonlar “Epşteyn işi” üzrə ifadə verəcəklər


ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynin istintaqı ilə bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC məlumat yayıb. 
Bildirilib ki, sabah, fevralın 27-si keçmiş dövlət katibinin əri, keçmiş ABŞ prezidenti Bill Klinton ABŞ Konqresi qarşısında çıxış edəcək.
Klinton ailəsinə və onun Epşteynlə əlaqələrinə maraq onun işində yeni sənədlərin açıqlanması fonunda artıb. Əvvəllər açıqlanmayan materiallar arasında Bill Klintonun çoxsaylı fotoşəkilləri, o cümlədən jakuzidə və üzləri gizli olan qadınlarla birlikdə şəkilləri var.

DİGƏR XƏBƏRLƏR

Top