
Çirkli pulların yuyulmasında ittiham olunan videobloqer Hüseyn Həsənov 170 milyon rubl vergi borcunu ödəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a bloqerin vəkili Mixail Yusupov məlumat verib.
“Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib və cərimələr və faizlə birlikdə təxminən 300 milyon rubl ödəyib”, - vəkil bildirib.
Moskvanın Presnenski Məhkəməsi Həsənova qarşı cinayət işinin qiyabi dinləməsinə başlayıb. O, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (şəxs tərəfindən cinayət törətmək yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (yuyulması)) ilə qiyabi ittiham olunub. Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
Müstəntiqlərin məlumatına görə, fərdi sahibkar Həsənov ümumilikdə 170 milyon rubldan çox vergi ödəməyib.
Tətbiqimizi yükləyə bilərsiniz