
Cenevrədə keçirilən danışıqlar zamanı İran ABŞ sanksiyalarının ləğvini müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Esmail Baqayi bildirib.
“Danışıqlar, dəfələrlə qeyd etdiyimiz kimi, nüvə məsələsinə yönəlib. Həm sanksiyaların ləğvi, həm də İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ ilə bağlı mövqeyimiz çox aydın şəkildə ifadə edilib”, - o bildirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı dolayı danışıqların üçüncü raundu keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz