
Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevdən qardaşının nəşinin tapılmasını xahiş edib.
Yeniavaz.com xəbər verir ki, o bunu Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Prezidentin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
“Allah razı olsun Sizdən, çox sağ olun. Necə təşəkkür edim ki, mənim qardaşıma bu cür dəyər verdiniz. Bir dənə də xahişim var ki, mənim qardaşımın da, - bilirəm bunu üçün çalışırsınız, - nəşi tapılsın, biz də şəhid ailələri kimi ziyarətə gedək. 30 ildən çox vaxt keçib, bizim ziyarət etməyə yerimiz yoxdur. Təkcə onu arzulayırıq, ayrı bir təmənnamız yoxdur”, - deyə K. Heydərova bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz