
“Uber” öz tətbiqi vasitəsilə hava taksisi sifariş etmək imkanını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, “Uber” hava taksisi xidmətini istifadəyə vermək üçün “Joby Aviation” hava taksisi xidməti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə bu ilin sonlarında Dubayda hava taksisi xidmətini istifadəyə verməyi planlaşdırır.
Şirkətin məlumatına görə, taksilər dörd sərnişinə qədər daşıya biləcək və kommersiya pilotları tərəfindən idarə olunacaq.
Bunu üçün Dubayda dörd eniş meydançası planlaşdırılır. Onlar şəhərin beynəlxalq hava limanında, ticarət mərkəzində, “Palm Cümeyra” adasındakı oteldə və Dubay Amerika Universitetində yerləşəcək.
Gələcəkdə “Uber” və “Joby Aviation” ABŞ-də (Nyu-York və Los-Anceles daxil olmaqla), Böyük Britaniyada və Yaponiyada hava taksiləri istifadəyə verməyi planlaşdırır.
Məlumata görə, Amerika şəhərlərində uçuş həyata keçirmək üçün şirkətlər ABŞ Federal Aviasiya Administrasiyasından sertifikat almalı və sınaqdan keçməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz