Messinin ümumilikdə 6 dəfə aldığı mükafatı Yamal ikinci dəfə aldı


18 yaşlı ispaniyalı vinger Lamin Yamal keçən mövsümün nəticələrinə görə, “Barselona”nın ən yaxşı oyunçusu mükafatını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “fcbarcelona.cat” saytı məlumat yayıb.
Məlumata görə, Yamal ardıcıl ikinci dəfə mövsümün ən yaxşı oyunçusu üçün verilən “Aldo Rovira” mükafatını qazanıb.
Hazırda, bu mükafat üzrə rekordçu argentinalı hücumçu Lionel Messidir. O, “Barselona”da 6 dəfə bu mükafata sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top