İran Azərbaycanla sərhəddə uçuş xəbərdarlığı elan etdi


İran fevralın 25-də Azərbaycanla sərhəddə hava məkanının bağlanması barədə NOTAM bildirişi yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Flightradar24” portalının “X” sosial şəbəkə səhifəsində öz əksini tapıb.
Qərar Xəzər dənizində Azərbaycanla sərhəd boyu bütün dəniz zonasını əhatə edib.
Qərara səbəb bu ərazidə yer səviyyəsindən 10 000 fut yüksəklikdə pilotsuz uçuş aparatlarının (PUA) uçuşlarının həyata keçirilməsi olub.
Ekspertlərin fikrincə, bu, ərazidə hərbi təlimlərin keçirilməsi ilə əlaqədar baş verib. Belə ki, o saatlarda ərazidə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) PUA-larının intensiv uçuşları qeydə alınıb.
Qeyd edək ki, NOTAM (NOtice To Air Missions) uçuş üçün təhlükə təşkil edəcək mühüm vəziyyətlər barədə pilotları və hava nəqliyyatını məlumatlandırmaq üçün verilən rəsmi bildirişdir.

DİGƏR XƏBƏRLƏR

Top