
Bu ilin fevral ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 235 nəfər işçi çalışır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayı ərzində bank işçilərinin sayı 0,6% və ya 154 nəfər azalıb.
Qeyd edək ki, son bir ay ərzində ölkədə bank filiallarının sayı 502-dən 504-ə yüksəlib, bank şöbələrinin sayı isə 87-dən 85-ə düşüb.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı son bir ayda 3 486-dan 3 498-ə yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz