Yanvar ayında 45 min azərbaycanlı ölkəni quru yolla tərk edib – Rəsmi


Bu ilin yanvar ayında Azərbaycana dünyanın 158 ölkəsindən 181,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
xəbər verir ki, gələnlərin 23,4%-i Rusiya, 20,1%-i Türkiyə, 8,5%-i İran, 5%-i Hindistan, 4,9%-i Səudiyyə Ərəbistanı, 4,8%-i Gürcüstan, 3,7%-i Pakistan, 3,1%-i Qazaxıstan, 2,8%-i Özbəkistan, 2,7%-i İsrail, 2%-i Küveyt, 1,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Çin, hər birindən 1,3% olmaqla Türkmənistan və Ukrayna, 13,3%-i digər ölkələrin vətəndaşları olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4%-i (131,6 min nəfər) hava, 26,3%-i (47,8 min nəfər) dəmir yolu və avtomobil, 1,3%-i (2,4 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.
2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 1,4% azalaraq 151,9 min nəfər olub. Vətəndaşlarımızın 35,8%-i Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2% az), 15,8%-i Rusiyaya (1,5% çox), 12,3%-i İrana (13,3% çox), 9,8%-i Gürcüstana (17,6% az), 26,3%-i isə digər ölkələrə (1,1% az) gedib. 
2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69%-i (104,8 min nəfər) hava, 29,5%-i (44,8 min nəfər) dəmir yolu və avtomobil, 1,5%-i (2,3 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top