
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələrinin şantaja məruz qaldığı iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
İddiaya görə, naməlum şəxs fakültədə təhsil alan tələbələrin sosial şəbəkələrdə yaydıqları fotoları süni intellekt vasitəsilə dəyişib “TikTok” və “Instagram”da yenidən paylaşır.
Bildirilir ki, belə addımlar daha çox tələbə qızlara qarşı atılır.
Sözügedən şəxsin Hüquq fakültəsinə qəbul ola bilmədiyi üçün bunu “qisasçılıq zəminində” etdiyi bildirilir.
İddialarla barədə BDU-dan Yeniavaz.com-a bildirilib ki, qeyd olunan məsələ ilə bağlı tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz