İtaliya polisi ilə “Qalatasaray” azərkeşləri arasında gərginlik − Video


UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Yuventus” - “Qalatasaray” qarşılaşmasından əvvəl Turində gərginlik yaranıb.
Yeniavaz.com
xəbər verir ki, səfər oyunu üçün İtaliyaya gedən “Qalatasaray” azarkeşləri matçdan əvvəl “Allianz” stadionunun ətrafına toplaşıblar.
Minlərlə “Qalatasaray” azarkeşi stadionun ətrafına toplaşdıqca İtaliya təhlükəsizlik qüvvələri müdaxilə edib. Polis qruplarının izdihamı dağıtmaq və nəzarətdə saxlamaq üçün sərt metodlardan istifadə etdiyi müşahidə edilib. Müdaxilə zamanı gərginlik daha da artıb.
Sosial mediada paylaşılan görüntülərdə azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar görünür. Bəzi azarkeşlərin xəsarət aldığı iddia edilsə də, hadisələrlə bağlı rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top