
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid vəziyyətlə tanış olduğu iddia edilən mənbəyə istinadən məlumat yayıb.
Jurnalist söhbətin məxfi olduğunu vurğulayıb.
Qeyd edək ki, telefon danışığı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla Trampın xüsusi elçiləri Stiven Uitkof və Cared Kuşner arasında 26 fevralda keçiriləcək görüşdən əvvəl baş tutur.
Tətbiqimizi yükləyə bilərsiniz