
İnsan qocalması 25 yaşında başlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Tibbi və Bioloji Agentliyin (FMBA) birinci müavini Tatyana Yakovleva “Gələcək Texnologiyalar Forumu”nun sessiyasında bildirib.
“Həqiqətən də, qocalma, istəsək də, istəməsək də, 25 yaşında başlayır”, - deyə o bildirib.
Yakovleva qeyd edib ki, qocalma əlamətləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. O, bunların arasında metabolik pozğunluqları, sarkopeniyanı və zombi hüceyrələrinin görünüşünü qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz