Oğuzda 40 ağacı kəsməkdə şübhəli bilinən şəxsə cinayət işi açıldı


Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top