
Fransa Prezidenti Emmanuel Makron Versal sarayının hazırkı rəhbəri Kristof Leribonu Parisdəki Luvr muzeyinin direktoru təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Makron çərşənbə axşamı Paris Luvr muzeyinin rəhbəri Lorens des Karsın istefasını qəbul edib.
De Karın istefası Luvr Muzeyindəki yüksək səviyyəli soyğundan sonra baş verib: 19 oktyabrda oğrular cəmi dörd dəqiqə ərzində 8482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari oğurlayıblar. Oğurlanmış əşyaların dəyəri 88 milyon avro qiymətləndirilib.
Muzey direktoru dərhal istefa ərizəsini mədəniyyət naziri Raşida Datiyə təqdim edib, lakin o, bunu rədd edib.
Hadisə ilə bağlı dörd şübhəli həbs edilib. Oğurlanmış zinət əşyaları hələ də tapılmayıb.
Muzey həmçinin, son vaxtlar bəzi zalların su altında qalması və daha yaxşı iş şəraiti tələb edən işçilərin tətilləri ilə yadda qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz