
İran və ABŞ nüvə danışıqlarının üçüncü raundunu fevralın 26-sı Cenevrədə keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
“Danışıqlar sabah Cenevrədə keçiriləcək”, - Mühacirani brifinqdə bildirib.
O əlavə edib ki, İran Xarici İşlər Nazirliyinin nümayəndələri məsləhətləşmələrin gedişi barədə məlumat verəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz