20 dollarlıq oyuncaq meymun sayəsində 350 dollar oldu


IKEA “Djungelskog” adı verilmiş yumşaq oranqutan oyuncaqlarının hamısını satıb.
Yeniavaz.com
xarici KİV-ə istinala xəbər verir ki, hazırda 20 dollarlıq oyuncaq “eBay”də pərakəndə satış qiymətindən 10 dəfədən çox baha satılır.
Belə ki, Yaponiyanın İçikava Zooparkında Makaka Panç adlı viral hekayədə əsas rol oynayan bu yumşaq oyuncaq son həftələrdə kolleksiyaçıların sevimlisinə çevrilib.
Yeddi aylıq Panç anası və digər meymunlar tərəfindən qəfəsində rədd edildikdən sonra ona IKEA-nın yumşaq oyuncaqlarından biri verilib.
Pançın yumşaq oranqutan oyuncağı ilə oynadığı təsirli fotolar dərhal internetdə yayılıb və ABŞ, Yaponiya və Cənubi Koreyadakı bütün IKEA mağazalarında oyuncağın satılmasına səbəb olub.
Yerli medianın məlumatına görə, Panç oyuncağa heç vaxt sahib olmadığı ana kimi yanaşır: onunla yatır, yeyir və oynayır.
Yumşaq oyuncağa olan bu sevgi zoopark əməkdaşlarını təəccübləndirib və Yaponiyada və ondan kənarda insanların qəlbini fəth edib.
Oyuncağı əldə etmək üçün şişirdilmiş qiymətlər ödəməyə hazır olanlar da çoxdur. Belə ki, bir “Djungelskog” hazırda “eBay”də 350 dollara satılır.
Digər tərəfdən, minlərlə turist Panç və onun oyuncağını görmək üçün zooparka axın edir. Rəhbərliyin sözlərinə görə, zooparkda əvvəllər heç vaxt belə bir şey olmayıb.
Bildirilir ki, Panç artıq zooparkdakı digər meymunlarla tədricən münasibətlər qurur.

DİGƏR XƏBƏRLƏR

Top