
Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti sürətlə bahalaşır.
Yeniavaz.com xəbər verir ki, bu ilin yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 1 106 manat olub.
Müqayisə üçün bildirək ki, son bir ildə 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 53,1% və ya 383,5 manat bahalaşıb. Belə ki, ötən ilin yanvar ayında zərgərlik dükanlarında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 722,5 manat olub.
750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün son 6 ildəki qiyməti belə olub:
2021-ci ilin yanvar ayı – 431 manat;
2022-ci ilin yanvar ayı – 504 manat;
2023-cü ilin yanvar ayı – 572 manat;
2024-cü ilin yanvar ayı – 598,5 manat;
2025-ci ilin yanvar ayı – 722,5 manat;
2026-cı ilin yanvar ayı – 1 106 manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz