
“Real Madrid” PSJ-nin yarımmüdafiəçisi Vitinyanı transfer etmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “Cadena Ser” portalı məlumat yayıb.
Məlumata görə, Kral klubu transferi Çempionlar Liqasında mübarizənı başa çatdırdıqdan sonra həyata keçirmək istəyir.
Portalın məlumatına görə, portuqaliyalı oyunçunun “Real Madrid”ə keçmək ehtimalını artıran üç səbəb var.
Birincisi, Vitinya ilə PSJ arasında onun 100 milyon avroya başqa bir kluba transferi ehtimalı ilə bağlı razılıq var. İkincisi, Paris və Madrid klubları arasındakı münasibətlər hazırda bir neçə ay əvvəlkindən daha az gərgindir. Üçüncüsü, 26 yaşlı yarımmüdafiəçi PSJ-də karyerasını başa vurduqdan sonra yeni təkliflərə açıqdır.
Qeyd edək ki, Vitinya bu mövsüm bütün yarışlarda 35 oyunda meydana çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Tətbiqimizi yükləyə bilərsiniz