
Yaponiyanın “SkyDrive” startapı tərəfindən hazırlanan uçan avtomobilin ilk sınaq uçuşu baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “SkyDrive” məlumat verib.
Məlumata görə, sınaq uçuşu zamanı avtomobil Tokio körfəzi üzərində təxminən 150 metr məsaəfə qət edib və təxminən 3,5 dəqiqə havada qalıb.
“SD-05” uçan avtomobili batareya və 12 rotorlu mühərriklə təchiz olunub. O, üç nəfəri daşıya və 15-40 km arasında məsafə qət edə bilir.
Ölçüsü sayəsində “SD-05” vertolyotun eniş edə bilmədiyi yerlərə enə bilir. “SkyDive”ın baş direktoru Tomohiro Fukudzavanın sözlərinə görə, uçuşun qiyməti potensial olaraq taksinin qiymətindən iki dəfə çox, səyahət müddəti isə dörd-beş dəfə az ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz