
Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvarda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 7,1%, qeyri-qida məhsulları 3,5%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,6% bahalaşıb.
Qeyd edək ki, Azərbaycanda ən yüksək qiymət artımı Lerik rayonunda qeydə alınıb. Bu ilin yanvar ayında Lerikdə istehlak qiymətləri 10,2%, qida məhsulları isə 14,7% bahalaşıb.
Əvvəlki ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında istehlak qiymətləri ən az Xızı rayonunda artıb – 3,3%. Qida məhsullarının qiyməti isə Xızıda 5,9% bahalaşıb.
Onu da bildirək ki, işğaldan azad olunan rayonlar üzrə inflyasiya göstəriciləri açıqlanmayıb.
Azərbaycanın şəhər və rayonlarında bu ilin yanvar ayında qeydə alınan qiymət artımı aşağıdakı kimi olub:
Lerik rayonu – 10,2%
İsmayıllı rayonu – 10,1%
Naxçıvan şəhəri – 9,6%
Qobustan rayonu – 9,4%
Gədəbəy rayonu – 8,0%
Goranboy rayonu – 7,9%
Ağcabədi rayonu – 7,9%
Xaçmaz rayonu – 7,8%
Cəlilabad rayonu – 7,6%
Sabirabad rayonu – 7,6%
Samux rayonu – 7,5%
Zaqatala rayonu – 7,5%
Neftçala rayonu – 7,5%
Tovuz rayonu – 7,3%
Göygöl rayonu – 7,1%
Gəncə şəhəri – 7,0%
Ağstafa rayonu – 7,0%
Qax rayonu – 7,0%
Şabran rayonu – 6,7%
Oğuz rayonu – 6,6%
Şirvan şəhəri – 6,5%
Qusar rayonu – 6,4%
Siyəzən rayonu – 6,4%
Kürdəmir rayonu – 6,4%
Ağsu rayonu – 6,3%
Ucar rayonu – 6,3%
Hacıqabul rayonu – 6,2%
Mingəçevir şəhəri – 6,1%
Saatlı rayonu – 5,8%
Qəbələ rayonu – 5,8%
Masallı rayonu – 5,7%
Füzuli rayonu – 5,6%
Quba rayonu – 5,5%
İmişli rayonu – 5,5%
Salyan rayonu – 5,5%
Ağdaş rayonu – 5,4%
Zərdab rayonu – 5,4%
Sumqayıt şəhəri – 5,3%
Göyçay rayonu – 5,3%
Beyləqan rayonu – 5,3%
Bakı şəhəri – 5,2%
Bərdə rayonu – 5,0%
Şəki rayonu – 5,0%
Lənkəran rayonu – 4,8%
Tərtər rayonu – 4,7%
Yevlax rayonu – 4,7%
Daşkəsən rayonu – 4,6%
Astara rayonu – 4,5%
Qazax rayonu – 4,4%
Şəmkir rayonu – 4,4%
Abşeron rayonu – 4,2%
Şamaxı rayonu – 4,2%
Ağdam rayonu – 4,0%
Naftalan şəhəri – 3,9%
Yardımlı rayonu – 3,9%
Balakən rayonu – 3,6%
Xızı rayonu – 3,3%
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz