
Ötən ilin dekabr ayında Azərbaycanda 3 min 550 nikah bağlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 188 nikah və ya 5,6% çoxdur.
Məlumat üçün bildirək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda yaxın qohumların – əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.
Qeyd edək ki, qadağanın ilk dəfə tətbiq olunduğu iyul ayında nikahların sayı kəskin azalsa da, sonrakı aylarda artım müşahidə olunub. Hətta sentyabr ayında bağlanan nikahlar ötən ilin ən yüksək göstəricisi olub.
Ötən il Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub:
Yanvar – 4 717 nikah;
Fevral – 3 024 nikah;
Mart – 3 465 nikah;
Aprel – 3 747 nikah;
May – 4 830 nikah;
İyun – 5 032 nikah;
İyul – 2 694 nikah;
Avqust – 3 894 nikah;
Sentyabr – 4 929 nikah;
Oktyabr – 4 407 nikah;
Noyabr – 4 257 nikah;
Dekabr – 3 550 nikah.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz