
Bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 156,6 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Bu iki şirkət birlikdə 115,85 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi sığorta yığımlarının 74%-inə bərabərdir.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Aqrar Sığorta” şirkəti olub. Bu şirkət yanvar ayı ərzində 8,95 milyon manat sığorta haqqı toplayıb.
Bu ilin yanvar ayında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
“PAŞA Sığorta” – 65 milyon 501 min manat;
“PAŞA Həyat” – 50 milyon 349 min manat;
“Aqrar Sığorta” – 8 milyon 949 min manat;
“Atəşgah Həyat” – 6 milyon 332 min manat;
“Qala Sığorta” – 4 milyon 228 min manat;
“Atəşgah” – 3 milyon 917 min manat;
“Azərbaycan Sənaye Sığorta” – 3 milyon 879 min manat;
“Xalq Sığorta” – 3 milyon 586 min manat;
“Meqa Sığorta” – 2 milyon 756 min manat;
“Meqa Həyat Sığorta” – 2 milyon 162 min manat;
“Qala Həyat” – 1 milyon 561 min manat;
“A-Qroup Sığorta” – 1 milyon 334 min manat;
“Xalq Həyat” – 887 min manat;
“AzSığorta” – 728 min manat;
“İpək Yolu Sığorta” – 435 min manat;
“AtaSığorta” – 0 manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz