
Şimali Koreya lideri Kim Çen In 13 yaşlı qızı Kim Çju Eni ölkənin raket proqramının rəhbəri təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Chosun Daily” qəzeti Koreya Fəhlə Partiyasının (WPK) 9-cu qurultayından əldə edilən kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, bu təyinat onun liderin varisi kimi hazırlanmasının bir hissəsidir.
Nəşrin məlumatına görə, Kim Çen In qızını nüvə və raket sınaq mərkəzlərinə aparmaqda davam edir.
Kəşfiyyat rəsmiləri hesab edirlər ki, bu vəzifədə rəhbər kimi rolu Kim Çju Eyə Şimali Koreya ordusunun strukturunu öyrənməyə kömək etmək məqsədi daşıyır.
Nəşrin ekspertləri qeyd edirlər ki, bu vəzifəni rəsmi olaraq general Çan Çan Ha tutsa da, Kim Çen Inın qızı generallardan hesabatlar alacaq və əmrlər verəcək.
Qəzetin mənbələrinə görə, ölkədə böhran başlayıb və Kim Çen In qızını onun varisi olmaq üçün hazırlayır. O, artıq siyasi məsələlərlə bağlı fikirlərini bildirir.
Məqalədə həmçinin Kim Çju Enin adını Kim Çju He olaraq dəyişdirdiyi bildirilir.
Cənubi Koreya mənbələrinə görə, qız ailənin ortancıl uşağıdır. Kim Çen Inın digər uşaqları 2010 və 2017-ci illərdə anadan olublar. Lakin ”Yonhap” agentliyinin fevral ayında verdiyi məlumata görə, Kim Çju E artıq KXDR liderinin varisi təyin olunma prosesindən keçir.
Qeyd edək ki, agentlik 2024-cü ilin iyul ayında 11 yaşlı qızın idarəetmə sahəsində təlim keçməyə başladığını bildirmişdi. Həmin vaxt nəşr Şimali Koreya mediasınin onu adətən Şimali Koreya liderləri və onların varisləri üçün istifadə edilən “inqilabi mübarizədə irəliyə doğru yol göstərən” adlandırmağa başladığını qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz