
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının son beş ili əhatə edən yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, IFFHS reytinq cədvəlini hazırlayan zaman 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Qeyd edək ki, 498 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 768,75 xalla 71-ci pillədə qərarlaşıb. “Qarabağ”dan başqa Azərbaycanın daha 3 klubu reytinq cədvəlində yer alıb. Neftçi” 300 xalla 375-ci “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sırada qərarlaşıb.
Onu da bildirək ki, “Qarabağ” keçmiş SSRİ ölkələrini təmsil edən klublar arasında ilk sırada yer alıb. “Qarabağ” eyni zamanda Türkiyənin “Beşiktaş” klubundan 56 pillə irəlidədir. Bunlardan başqa “Qarabağ” reytinq cədvəlində İspaniyanın “Sevilya” (99-cu yer), İngiltərənin “Nyukasl Yunayted” (113-cü yer), Fransanın “Olimpik Marsel” (73-cü yer), Ukraynanın “Şaxtiyor” (87-ci yer) klublarından öndə olub.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 1753 xal;
2. “Mançester Siti” (İngiltərə) – 1605 xal;
3. “Flamenqo” (Braziliya) – 1536 xal;
4. “Pari Sen-Jermen” (Fransa) – 1470 xal;
5. “Palmeiras” (Braziliya) – 1449 xal.
Bundan əlavə siyahıda Türkiyənin “Fənərbağça” klubu 28-ci, “Qalatasaray” klubu isə 45-ci sırada yer alıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz