ABŞ heç kimə satmadığı F-22-ləri İsrailə göndərdi


ABŞ Böyük Britaniyadan İsrailə 12 ədəd F-22 çoxməqsədli qırıcı təyyarə göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.
Dövlət televiziyasının məlumatına görə, təyyarələr İsrailə Amerika qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsinin bir hissəsi kimi göndərilib.
Böyük Britaniyanın şərqindəki “Leyknhit” aviabazasından havaya qalxan təyyarələr İsrailin cənubundakı aviabazaya eniş edib.
Xatırladaq ki, bundan əvvəl “The Washington Post” (WP) qəzeti peyk görüntülərinə və uçuş məlumatlarına istinadla ABŞ-nin İran yaxınlığındakı hərbi mövcudluğunu artıraraq, Avropa və Yaxın Şərqdəki bazalarına 150-dən çox təyyarə yerləşdirdiyini bildirmişdi. WP həmşinin ABŞ-nin regiondakı hazırkı hərbi mövcudluğunun 2003-cü ildə İraqda aparılan əməliyyat zamanı qeydə alınan ən böyük hərbi mövcudluq olduğunu qeyd etmişdi.
Qeyd edək ki, “ABŞ hərbi aviasiyasının incisi” hesab olunan F-22 yalnız ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsindədir. Belə ki, bu qabaqcıl döyüş təyyarəsi, hətta yaxın müttəfiqlər üçün belə, heç vaxt satışa çıxarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top