
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrandakı potensial casuslara “iş” təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun rəsmi sosial media hesablarında video dərc olunub.
“Salam. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sizi eşidir və kömək etmək istəyir. Bizimlə necə təhlükəsiz virtual əlaqə saxlamaq olar?”, - videonun fars dilində açıqlamasında qeyd olunub.
Videoda da, həmçinin casusluq üçün iranlıların nə etməli olduqları fars dilində “izah olunur”.
Qeyd edək ki, daha əvvəl oxşar “iş təklifi” Şimali Koreya, Rusiya və Çin vətəndaşlarına da təklif olunub.
Tətbiqimizi yükləyə bilərsiniz