“İran ABŞ ilə mümkün qədər razılaşma əldə etmək istəyir” − İran XİN


“İran ABŞ ilə mümkün qədər tez bir zamanda razılaşma əldə etmək üçün bütün lazımi addımları atmağa hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-nin Milli İctimai Radiosunda danışıb.
“Mümkün qədər tez bir zamanda razılaşma əldə etməyə hazırıq. Bunun baş verməsi üçün lazım olan hər şeyi etmək istəyirik”, - o bildirib.
Təxt-Rəvançi bütün tərəflərdə siyasi iradə olarsa, razılaşmanın mümkün qədər tez bağlanacağına əminliyini ifadə edib.
Diplomat cümə axşamı İsveçrədə keçirilməsi planlaşdırılan nüvə məsələsi üzrə növbəti məsləhətləşmələr raundu ərəfəsində İran nümayəndə heyətinin konstruktiv münasibətini qeyd edib.
“Cenevrədə danışıqlar otağına bütün səmimiyyət və xoşməramlılıqla daxil olacağıq. Ümid edirik ki, bu xoşməramlılıq və bu yanaşma amerikalılar tərəfindən qarşılıqlı olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top