“Barselona” Yamalı satmaqdan imtina edib” − Laporta


“Paris Saint-Germain” katalonlardan İspaniya millisinin cinah oyunçusu Lamin Yamalı transfer etməyə çalışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Joan Laporta danışıb. 
“PSJ iki il əvvəl Lamin Yamal üçün bizə 250 milyon avro təklif etdi. Biz onu rədd etdik. Onun 17 yaşı var idi - bəziləri bizim dəli olduğumuzu düşünürdü!”, - Laporta deyib. 
Qeyd edək ki, Lamin Yamal 2023-cü ilin aprel ayından bəri “Barselona”nın əsas komandasının üzvüdür. İspaniyalı futbolçu 15 yaş 290 günlüyündə debüt edib. Bu mövsüm hücumçu klubun bütün yarışlarda 33 oyunda 15 qol vurub və 14 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top