
FIFA 2026-cı il Dünya Çempionatında iştirak etmək hüququ qazanan komandaları müəyyən etmək üçün Meksikada keçirilməsi planlaşdırılan qitələrarası pley-off oyunlarını təxirə salmağı düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Məlumata görə, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilməsi planlaşdırılan final turnir oyunları da təhlükə altındadır.
Təhlükəsizlik rəsmiləri və kommersiya tərəfdaşları ciddi narahatlıqlar bildirərsə, matçların təxirə salınması yalnız son çarə kimi nəzərdən keçiriləcək.
Belə ki, Meksikada narkotik kartelinin liderinin qətlindən sonra iğtişaşlar davam edir. Silahlılar hüquq-mühafizə orqanlarına müqavimət göstərir və bu da iğtişaşlara və atışmalara səbəb olur.
Qeyd edək ki, Yamayka, Konqo və Yeni Kaledoniya arasında Dünya Çempionatı pley-off mərhələsinin 26-31 mart tarixlərində keçirilməsi planlaşdırılır. Vəziyyət on minlərlə azarkeşin artıq final turniri üçün bilet alması və otel sifariş etməsi ilə çətinləşir. Turnir təxirə salınarsa, FIFA azarkeşlərə kompensasiya ödəmək məcburiyyətində qalacaq.
Tətbiqimizi yükləyə bilərsiniz