Azərbaycan və Ermənistan arasında növbəti təmas baş tutdu – Fotolar


24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
“Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top