MİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tender müsabiqəsinin qalibini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, tenderin nəticəsinə əsasən “MİDA” MMC Şəmkir şəhərində 5,76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işini “ERA DESIGN GROUP” MMC-yə həvalə edib.
“MİDA” görüləcək işlərin qarşılığında MMC-yə 597 min 670 manat ödəyəcək.
Qeyd edək ki, tenderin qalibi olan “ERA DESIGN GROUP” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33A (Esra Plaza) ünvanında yerləşir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Qəhrəmanova Rəna Anatolyevnadır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top