
Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Şanxay Nyu-York Universitetinə (NYU Shanghai) tam təqaüdlə qəbul alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” məlumat yayıb.
Bildirilib ki, o bunu bacaran ilk azərbaycanlı şagird olub:
“O, güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir”.
Qeyd olunub ki, N. Hüseynlinin təqaüdünün məbləği 82 min ABŞ dollarıdır (139 min 400 manat).
Məlumata görə, o, “İnfluenser etibarının, dəyərinin və qavranılan təsirin “Trendyol” istifadəçiləri arasında təkrar alış niyyətinin formalaşmasındakı rolu: Azərbaycan nümunəsi” adlı elmi məqalənin həmmüəllifidir:
“Məqalə martda ABŞ-nin Nyu York şəhərində keçiriləcək beynəlxalq konfransda təqdim olunacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz