Qrossi İran-ABŞ danışıqlarında iştirak edə bilər


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi fevralın 26-sı Cenevrədə keçirilməsi planlaşdırılan İran və ABŞ danışıqlarının növbəti mərhələsində iştirak edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın ISNA xəbər agentliyinə diplomatik mənbə məlumat verib.
Mənbə bildirib ki, MAQATE-nin baş direktoru Rafael Qrossi, ötən həftənin çərşənbə axşamı Cenevrədə baş tutan əvvəlki mərhələdə olduğu kimi, bu danışıqlarda da iştirak edəcək.
Nəşrin məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri arasında nüvə məsələləri üzrə danışıqların üçüncü mərhələsi Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə Cenevrədə Omanın səfirliyində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top