
ABŞ səfirlik işçilərinin bir hissəsini Livanın paytaxtı Beyrutdan geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin əmrinə istinadən məlumat yayıb.
Bu əmr ABŞ missiyasının fəaliyyətini davam etdirmək üçün vacib olan işçilərin ailələri ilə birlikdə ölkədən çıxmasına aiddir. Agentlik Dövlət Departamentinin əmrini İranla potensial hərbi münaqişə ilə bağlı artan narahatlıqlarla əlaqələndirir.
Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi anonimlik şərti ilə agentliyə bildirib ki, onlar təhlükəsizlik vəziyyətini daim qiymətləndirir və son təhlillərə əsasən, iştiraklarının vacib işçilərlə məhdudlaşdırmağın məqsədəuyğun olduğuna qərar veriblər.
ABŞ səfirliyindəki mənbə 50 nəfərin təxliyə edildiyini bildirib, Beyrut hava limanının sözçüsü isə 32 səfirlik işçisinin 23 fevralda ailələri ilə birlikdə ölkədən çıxdığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz