“Rusiya ən dərin vəhşilik ən yüksək sivilizasiya ilə birlikdə yaşayır” − Merts


Almaniya kansleri Fridrix Merts son illərdə Rusiyadan vəhşiliyin gəldiyini bildirib.
Yeniavaz.com
“Deutsche Welle”ə istinadən xəbər verir ki, bu barədə o, bu açıqlamanı Berlində keçirilən “Café Kyiv” konfransında bildirib.
Merts çıxışı zamanı fransız yazıçısı Astolf de Kustinin Rusiyaya səfərindən sonra yazdığı “Rusiya 1839-cu ildə” kitabından sitat gətirib.
“Bu gün Rusiya müşahidəçi üçün ən qəribə ölkədir, çünki orada ən dərin vəhşilik ən yüksək sivilizasiya ilə birlikdə yaşayır”, - kitabda yazılıb.
Çıxışı zamanı Merts bu ifadəni bir neçə dəfə sitat gətirib və əlavə edib:
“Etiraf etməliyik və mən bunu özümüzə və maraqlı ictimaiyyətimizə deyirəm: bu ölkə (Rusiya), bu liderlik altında, indi ən dərin vəhşiliyin dibindədir. Və heç kimin bu illərdə Rusiyadan gələn vəhşiliyin hansı rejimlə, hansı növü ilə qarşılaşdığımıza şübhəsi olmamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top