Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri saxlanıldı


Keçmiş Britaniya səfiri Peter Mandelson saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 
O, dövlət vəzifəsində qeyri-qanuni davranışda şübhəli bilinir.
Mandelson cinsi istismar məqsədilə insan alverində ittiham olunan Ceffri Epşteynlə əlaqələrinə görə 2025-ci ilin sentyabrında səfir vəzifəsindən azad edilib.
Fevralın əvvəlində Mandelsonun evində axtarış aparılıb. Polis keçmiş diplomatın Britaniya hökumətinin məxfi məlumatlarını Epşteynə ötürməkdə şübhəli bilinirdi.
Peter Mandelson Leyborist Partiyasının siyasətçisi, Toni Bleyer və Qordon Braun hökumətlərində keçmiş nazir və keçmiş Böyük Britaniya Avropa Komissarıdır. O, 2024-2025-ci illərdə Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsində çalışıb.
Mandelson, Epşteynin ona pul ödədiyini və bunun müqabilində məxfi məlumat aldığını göstərən elektron poçtlar səbəbindən polisin diqqətini cəlb edib. Mandelson hər hansı bir qanun pozuntusunu inkar edib və heç bir maddi fayda əldə etmədiyini deyib. 

DİGƏR XƏBƏRLƏR

Top